25 ən zəif şifrə. Ümid edirəm sizin şifrə bu siyahıda yoxdur.

Dostlarınla Paylaş

Elə bir dövrdə yaşayırıq ki, istər-istəməz hər birimizin bir neçə onlayn hesabımız var. E-mail hesabı, FB, İnstagram və s. sosial şəbəkə hesabı, onlayn bankinq hesabı və s. Heç şübhəsiz ki, bu hesabların əlimizdən alınmasını, necə deyərlər “hack” olunmasını heç birimiz istəmərik. Şəxsi məlumatlarımız, şəkillərimiz, hətta kart və bank hesab məlumatlarımız yadların əlinə keçə biləcəyini çox vaxt ağlımıza da gətirmirik. Yadımızdan bir şeyi çıxarırıq ki, çox zaman bu hesablardan birinin sındırılması buna kifayət edir, məsələn e-mail. Belə ki, bəzən hesablarının hamısının şifrəsi eyni olur və ya “şifrəmi unutdum” funksiyası ilə onları yeniləmək olur. Bəs hesabların şifrəsinin güvənli olmasına nə dərəcədə fikir veririk? Onu deyim ki, güvənli şifrədə mütləq ən az bir kiçik, bir böyük hərf, rəqəm və simvol olmalı, şifrə 8-10 simvoldan qısa olmamalıdır.

SplashData” şirkəti araşdırma aparıb və 2015-ci ilin 25 ən zəif şifrəsindən ibarət siyahı tərtib edib. Siyahıda Şimali Amerika və Qərbi Avropa ölkələrində istifadə olunan şifrələr nəzərə alınıb.

25 ən zəif şifrə
  1. 123456
  2. password (qeyd edək ki 1-ci və 2-ci yerlər 2014-cü ildə də belə idi)
  3. 12345678
  4. qwerty
  5. 12345
  6. 123456789
  7. football
  8. 1234
  9. 1234567
  10. baseballİlk 10-luq belə idi. Gördüyünüz kimi insanların çoxu rahatlığı üçün belə bəsit şifrələr seçib. Lakin nəzərə almaq lazımdır ki, bu şifrəli hesabı sındırmaq üçün 5 dəqiqədən az vaxt lazımdır. Davam edək.
  11. welcome
  12. 1234567890
  13. abc123
  14. 111111
  15. 1qaz2wsx
  16. dragon
  17. master
  18. monkey
  19. letmein
  20. login
  21. princess
  22. qwertyuiop
  23. solo
  24. passw0rd
  25. starwars

    Çox ümid edirəm ki, istifadə etdiyiniz şifrələri bu siyahıda tapmadınız. Əgər tapdınızsa və ya oxşarını gördünüzsə, dərhal, elə indi dəyişin ki sonra gec olmasın. Paylaşın, daha çox insanı xəbərdar edin.

loading…


638 total views, 1 views today

FİKİR BİLDİR