Əqiq daş – aqatos daşı nədir?

Dostlarınla Paylaş

“Xoşbəxtlik daşı”
Qiymətli daşların ən dəyərlilərindən biri də qədim yunanların “aqatos” adlandırdıqları əqiqdir. Yunanca mənası “xoşbəxtlik” deməkdir. Bəzi mənbələrə görə isə daşın adı ilk dəfə tapıldığı Siciliya adasındakı Axates çayından götürülüb

Uğurun simvolu
Bu daş öz enerjisi ilə özünüzü pis hiss etiyiniz və stress keçirdiyiniz anlarda sizə nikbinlik bəxş edir. Ətrafınızdakı insanların neqativ aurasından təsirlənənlərə də müsbət təsir edir.
Uğurun simvolu olan bu daş cəsarətsiz insanların özünə olan inamını artırır. Xüsusən də işgüzar insanların bu daşı üzük formasında və ya cibdə gəzdirmələri faydalıdır.
Qırmızımtıl-narıncı rəngli əqiq fiziki canlılığı artırır, tənbəlliyi aradan qaldırır.
Mavi rəngli əqiq nəzərə qarşı təsirlidir. Həmçinin ünsiyyət problemi yaşayanların, insanlar qarşısında danışmaqda çətinlik çəkənlərin “dilini açır”, həyəcanı aradan qaldırır.
Yosun rəngli əqiq xoşbəxtlik hissi bəxş edir, narıncı ümidsizliyi aradan qaldırır, sarı həyat sevgisi verir, qara rəngdə olanı isə qərarlılıq bildirir.

Bədnəzərə qarşı
Əqiq hələ qədimdən kimyagərlərin və türkəçarə ilə məşğul olanların diqqətini cəlb edib. Həmin dövrlərdə əqiqin “sağlamlıq və uzun ömürlülük daşı” olduğu düşünülürdü.

Tarix boyunca əqiq daşlarından hazırlanmış möhür, düymə və üzüklər çox məşhur olub. Ondan bəzək və tilsim əşyaları, bıçaq tiyələri də hazırlanıb. Əqiq mineralından göz muncuğu hazırlayıb uşaqların biləyinə, sinəsinə bağlayırdılar. Onun uşaqları bədnəzərdən, göz dəyməsindən xilas etdiyini düşünürdülər. İntibah dövründə isə İtaliyada sənətkarlar əqiqdən talisman kimi istifadə edirdilər.

Əqiq həm də məşhur bəzək daşlarından hesab olunur. Tarixən aristokratlar əqiqin parlaq rəngli növlərindən hazırlanmış zinət əşyaları taxıblar. Maddi imkanı aşağı olanlar isə aşağı keyfiyyətli əqiq daşlarından istifadə edirdilər.

Hələ Orta əsrlərdə toz halına salınmış əqiq daşı su ilə qarışdırılaraq ilan və əqrəb sancmaları zamanı yaranın üzərinə çəkilirdi. Həm o zamanlar, həm də müasir dövrdə əqiq ən şəfalı daşlardan hesab olunur. Litoterapevtlər iddia edirlər ki, əqiq bir çox xəstəliklərlə mübarizə aparmaq gücünə sahibdir. Yetər ki, onu düzgün istifadə edəsən. Məsələn, uzun sürən öskürək və boğaz ağrısı zamanı onu muncuq, müxtəlif diş xəstəliklərində isə sırğa kimi taxmaq lazımdır.

Podaqra və oynaq xəstəlikləri zamanı əqiq daşlı bilərziklər taxmaq məsləhətdir. Ürək xəstəliklərindən əziyyət çəkənlər bu daşdan olan üzükləri sol əlin adsız barmağına, əsəb xəstəliyi olanlar, yuxusuzluğa məruz qalanlar, səbəbsiz qorxu, narahatlıq hissi keçirənlər isə sağ əlin orta barmağına taxsalar, yaxşı olar. Əqiq broşlar isə astma, sətəlcəm, bronxitdən xilas olmağa kömək edir. Həmçinin əqiq daşının rənginin də xüsusi əhəmiyyəti var. Qırmızı rəngli əqiq ürək, mavi rəngli olan isə qalxanvari vəzi nahiyəsini qoruyur.

Əqiqin şüanı dəfetmə xüsusiyyəti kompyuter istifadəçilərinə çox xeyirli ola bilər. Qaraciyərə, gözə xeyirlidir. Əqiq fiziki və ruhi yorğunluğu, stressi aradan qaldırır, onu gəzdirən şəxsi təhlükələrdən qoruyur, mühitə uyğunsuzluğunu aradan qaldırır. Əqiq həm qadınlarda, həm də kişilərdə cinsi funksiyanı yaxşılaşdırır. Osteoxondroz zamanı ağrını götürür, ürək-damar sisteminin işini normallaşdırır. Dəri infeksiyalarında və problemli dərilərin müalicəsində faydalıdır. Hamiləlik zamanı həm ananın, həm də körpənin sağlamlığı üçün xeyirli olduğundan gələcək anaların bu daşdan istifadə etməsi məsləhətdir.

Mənbə: «Discovery Azərbaycan» jurnalı

909 total views, 3 views today

FİKİR BİLDİR