Ən tez hazırlanan 5 şokoladlı desert

Dostlarınla Paylaş

9 dəqiqəyə hazırlanan 5 şokoladlı desert.

1. Fincanda Maffin.

Tərkibi :

3 x/q un
1 ç/q üyüdülmüş qəhvə
2 x/q kakao tozu
2,5 x/q şəkər tozu
1/4 ş/q qabartma tozu
2 x/q süd
1 ədəd  yumurta
2 x/q bitki yağı
2/1 ç/q vanil

    Hazırlanması :

Bir qabda un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə bilər.

2. Şokoladlı Brauni.

Tərkibi :

150 qr kərə yağı
65 qr kakao tozu (şəkərsiz)
200 qr şəkər tozu (1 stəkan)
2 ədəd yumurta
1  ç/q vanil ekstraktı
100 qr un (təxmini 4/5 stəkan)

    Hazırlanması :

Yağ 30 saniyə mikrodalğalı sobada əridilir. Şəkər tozu, kakao və vanil əlavə edilir. Məhlul yaxşı qarışdırılır. Yumurtalar bir-bir əlavə edilir. Daha sonra un əlavə edilir və qarışdırılır. Mikrodalğalı soba üçün olan forma yağlanır və xəmir formaya əlavə edilir. 4-5 dəqiqə mikrodalğalı sobada yüksək dərəcədə bişirilir. Desert hazırdır.

3. Şokoladlı tort.

    Tərkibi :

100 qr un
100 qr şokolad
100 qr şəkər tozu
50 qr kərə yağı
3 ədəd yumurta
1  ç/q soda
1 banka “Nutella”

    Hazırlanması :

Yağ və şokolad əridilir və qarışdırılır. Yumurta şəkər tozu ilə qarışdırılıb, çırpılır. Şəkər tozu və yumurtdan alınan  məhlula un əlavə edilərək qarışdırılır. Alınan qarışım qabarıq olmalıdır. Soyudulmuş şokolad unlu məhlula əlavə edilərək qarışdırılır. Soda əlavə edilir.  5 dəqiqə mikrodalğalı sobada yüksək dərəcədə bişirilir. Alınan korj 3 korja bölünür. Hər bir korj və korjların üzərinə  “Nutella” çəkilir. Üzərini rəndələnmiş şokolad ilə bəzəyə bilərsiniz.

4. Şokoladlı piroq.

 

    Tərkibi :

3/4 stəkan un
1/2 şəkər tozu
1/4  ç/q duz
1  ç/q qabartma tozu
1/3 kakao tozu
50 qr ərinmiş marqarin
1 ədəd yumurta
4  x/q süd
1  x/q vanil ekstraktı

Şokolad siropu :
1/2  stəkan qəhvəyi şəkər
1/3  stəkan kakao tozu
150 ml su

    Hazırlanması :

Un, qabartma tozu, şəkər tozu, duz və kakao qarışdırılır. Ərinmiş marqarin, yumurta, süd və vanil  əlavə edilir . Yaxşıca qarışdırıldıqdan sonra           mikrodalğalı soba üçün  uyğun qaba tökülür. Qabın kənarlarının hündürlüyü minimum 5 sm olmalıdır. Qəhvəyi şəkərə kakao əlavə edilərək şokoladlı sous hazırlanır. Alınan qarışım xəmirin üzərinə əlavə edilir. Su 30 saniyə qızdırıldıqdan sonra xəmirin üzərinə tökülür. Suyun xəmirin alt hissəsinə keçməsi üçün xəmir çəngəl ilə yavaşca hərəkət etdirilir.  5 dəqiqə mikrodalğalı sobada yüksək dərəcədə bişirilir. Hazırlandıqdan sonra süfrəyə dondurma ilə servis edilir.

    5. Şokoladlı keks.

 

    Tərkibi:

40 qr kərə yağı
1/2  stəkan şəkər
1 ədəd yumurta
1  ç/q vanil
1/4 stəkan süd
1/2 stəkan un
2  x/q kakao tozu
1/4  ç/q qabartma tozu
Bir az duz

    Hazırlanması :

Bu desert mikrodalğalı soba üçün  uyğun qab bitki yağı ilə yağlanır. Yumşaldılmış kərə yağı, şəkər, yumurta, vanil və süd qarışdırılır. Alınan qarışıma un, kakao tozu, qabartma tozu və duz əlavə edilir. Xəmir yağlanmış qaba tökülür. Üzəri örtülür və yüksək dərəcədə 4-5 dəqiqə ərzində bişirilir.

TREND XƏBƏRLƏR

loading…


923 total views, 4 views today

FİKİR BİLDİR